Xəbər lenti

“Bu, sözün əsl mənasında bir sərkərdəyə layiq olan çıxış idi...”
Ölkə13:15 05.10.2020

“Bu, sözün əsl mənasında bir sərkərdəyə layiq olan çıxış idi...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycan hər bir halda öz torpaqlarında ərazilərinin işğal faktı ilə qətiyyən razılaşmaycaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətini şərh edərkən deyib. Ekspertin fikrincə, Ali Baş Komandan öz müraciətində münaqişənin həlli və hərbi əməliyyatların dayandırılması ilə bağlı konkret fikirlərini və şərtlərini irəli sürüb:

"Burada əsas hədəf Azərbaycanın ərazi bütövlüyünün birmənalı olaraq qəbul olunmasıdır. Ermənistana tələb kimi irəli sürüldü ki, hərbi birləşmələrini Qarabağ ərazisindən çıxarırsan və üzr istəyirsən. Bu, sözün əsl mənasında bir sərkərdəyə, Ali Baş Komandana layiq olan çıxış idi. Münaqişənin həllində bu günə kimi olan danışıqlar tamamilə öz çılpaqlığı ilə ortaya qoyuldu. Bundan başqa, beynəlxalq təşkilatların mövqeyi tam olaraq ictimaiyyətə təqdim olundu, dunya birliyinə göstərildi. Azərbaycan hərbi əməliyyatların başlanmasında ümumiyyətlə, bu münaqişədə zərərçəkən tərəfdir və Azərbaycan hər bir halda öz torpaqlarında ərazilərinin işğal faktı ilə qətiyyən razılaşmaycaq”.

Ramil Məmmədli bildirib ki, Prezidentin müraciətində çox vacib məqamlardan biri də hərbi əməliyatların dayandırılmaycağı və işğal altında olan ərazilərin tamamilə azad olunacağı mesajı idi:

"Bu ismarıc həm Azərbaycan xalqına çatdırıldı, həm də Ermənistan və bütün beynəlxaq təşkilatlara”.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 4-də Vətən müharibəsi ilə bağlı Azərbaycan xalqına müraciət edib.

Bahar Rüstəmli