Xəbər lenti

Bu tarixdən hava pisləşəcək, güclü külək əsəcək
Ölkə09:00 29.06.2023

Bu tarixdən hava pisləşəcək, güclü külək əsəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 1-də şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Axşama doğru tədricən mülayimləşəcək. Arabir yağış yağacağı ehtimalı var.
Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
İyunun 30-u gündüz şimal və qərb rayonlarından başlayaraq iyulun 1-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Mərkəzi-Aran rayonlarında intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.