Xəbər lenti

Bu tarixlərdə xaricdəki azərbaycanlılar xüsusi çarter reysi ilə ölkəyə gətiriləcək
Ölkə13:16 13.05.2020

Bu tarixlərdə xaricdəki azərbaycanlılar xüsusi çarter reysi ilə ölkəyə gətiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ölkədəki vətəndaşların və xaricdən gətirilən azərbaycanlıların sağlamlıqları təmin etmək üçün xaricdən gətirilənlər 4-5 ulduzlu otellərdə karantinə yerləşdirilir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, məqsəd koronavirusla bağlı yeni ocaqların qarşısının alınmasıdır: "18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək. MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən ölkələrdən Azərbaycana çarter reysi həyata keçiriləcək”.