
Xiyar sevilən tərəvəzlər siyahısında demək olar ki, öndə gəlir. Adətən salat edəndə xiyarın qabıqlarını atırıq. Amma qabıqları atmaq yerinə ondan faydalanmaq olar.

Qaynarinfo.az xəbər verir ki, gözəllik və dəriyə qulluq mövzusunda xiyar qabığı ən qiymətlilər arasındadır.
Xiyar qabığının tərkibində silica adlı çox əhəmiyyətli bir maddə var. O, dərinin kollagen yaratmasına kömək edir və uzun müddət gənc qalmasını təmin edir. Həmçinin xiyar qabığında bol miqdarda K vitamini dəriyə çəkildiyi zaman onu təravətləndirir.
Ev şəraitində xiyar qabıqlarını maska kimi də istifadə edə bilərsiniz:
1. 3 orta ölçüdə olan xiyarın qabıqlarını xırda doğrayın, termosa yığın, üzərinə 1 stəkan qaynar su tökün, axşamdan səhərə qədər saxlayın. Səhər onun üzərinə limon əlavə edin və için. Bu faydalı içki bir çox vacib minerallarla zəngindir, susuzluğu aradan qaldırır, orqanizmi təmizləyir. Bu içkini hər gün içmək olar.
2. Bir neçə xiyarın qabıqlarını blenderlə əzin, üzərinə çıxana qədər araq tökün, 1 həftə ərzində soyuducuda saxlayın, sonra süzün və yağlı dəri üçün istifadə edin. Bu təbii lasyon dəridə olan iltihabları azaldır, pis parıltını götürür, dərini ağardır.
3. Xiyarın qabıqlarını blenderlə əzin, 1 ymurta sarısı, 1 xörək qaşıqı xama əlavə edin, yaxşı qarışdırın, təmiz üz dərisinə çəkin, 20 dəqiqədən sonra ilıq suda isladılmış tamponla silin. Bu maska dərini cavanlaşdırır, ağardır, daha elastik edir.
Qaynarinfo.az