Xəbər lenti

Bu universitetdə qızlara makiyaj və geyim qadağası qoyulub? - Universitet aydınlıq gətirdi (FOTO)
Ölkə11:14 26.10.2022

Bu universitetdə qızlara makiyaj və geyim qadağası qoyulub? - Universitet aydınlıq gətirdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinə geyim, makiyaj və saqqalla bağlı bəzi qadağaların qoyulması məlumatı yayılıb.
Qaynarinfo apa-ya istinadən məlumatına görə, göndərilən göstərişdə bildirilib ki, tələbələr bunlara riayət etməsə, müvafiq addımlar atılacaq."Rəhbərliyin göstərişi ilə sabahdan universitetə gələrkən oğlan tələbələrimiz üzləri təmiz (təraş olunmuş) formada gəlməlidirlər. Qız tələbələrimiz isə uzun dırnaqları səliqəyə salınmış və açıq olmayan (cırıq, qısa olmayan) sadə geyimlər geyinərək gəlməlidirlər. Bütün tələbələr bu qaydalara ciddi əməl etməlidirlər. Əks halda müvafiq addımlar atılacaq", - deyə qeyd olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətindən APA-ya bildirilib ki, rəhbərliyin belə bir göstərişi olmayıb və yayılan məlumat həqiqəti əks etdirmir:
"Məsələdən xəbərdarıq. Hazırda bununla bağlı araşdırma aparılır və bunun kim tərəfindən göndərildiyi müəyyənləşdirilir".