Xəbər lenti

Bu universitetdən 35 tələbə qovuldu, doqquzuna vaxt verildi
Ölkə07:57 30.12.2019

Bu universitetdən 35 tələbə qovuldu, doqquzuna vaxt verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Tibb Universiteti 35 əcnəbi tələbəni ali məktəbdən xaric edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin Rektoryanı Şurası qərar verib.

Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 20192020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.

Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.