Xəbər lenti

Bu universitetin yataqxanası bərpa olunur
Ölkə09:31 04.12.2023

Bu universitetin yataqxanası bərpa olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbə yataqxanası yenidən bərpa olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Universitetin rektoru Gülçöhrə Məmmədova məlumat verib.
O bildirib ki, Azərbaycan əraziləri işğal olunanda yurdlarından didərgin düşən vətəndaşlar universitetin yataqxanasında məskunlaşmışdılar.
"Artıq torpaqlarımız işğaldan azad olunub. Vətəndaşlar doğma yurdlarına geri qayıdırlar. Tələbələr üçün universitetin yataqxanası yenidən bərpa olunur”, - rektor vurğulayıb.