Xəbər lenti

Bu uşaqlarda qaraciyər zədələnməsi ola bilər - Həkimdən xəbərdarlıq
Ölkə07:50 18.05.2022

Bu uşaqlarda qaraciyər zədələnməsi ola bilər - Həkimdən xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Koronavirus keçirən uşaqların sonradan adenavirus infeksiyası səbəbilə ciddi qaraciyər zədələnmə ehtimalları var. Dünya praktikasında artıq bu xəstələr var. Bizdə hələlik bu fakt qeydə alınmayıb. Amma hər müraciətdə biz bunu nəzərə alırıq".
Qaynarinfo xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş Vaxtı" verilişində qonaq olan həkim Günay Rəsulova bildirib.
O əlavə edib ki, valideynlər bu məsələdə diqqətli olmalıdır: "Qusma, qızdırma və ishal şikayəti olan uşaqlarda sarılıq əlamətlərinin olub-olmamasına ciddi fikir versinlər. Belə bir vəziyyət olarsa, mütləq həkimə müraciət etsinlər".