Xəbər lenti

Bu vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi (FƏRMAN)
Ölkə 14:54 28.07.2025

Bu vəzifəli şəxslərin siyahısında dəyişiklik edildi (FƏRMAN)

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Müdafiə Sənayesi Nazirliyi üzrə müstəqil şöbələrin müdirləri, eləcə də nazirliyin tabeliyində "Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoru və onun müavinləri, həmçinin qurumun strukturuna daxil olan "Cihaz İstehsalat Birliyi” MMC-nin baş direktoru həmin siyahıya əlavə olunub.

Həmçinin Mədəniyyət Nazirliyi üzrə vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısında çıxarılıb.

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısında Mədəniyyət Nazirliyi üzrə bölmə ləğv edilib. Beləliklə, aşağıdakı vəzifəli şəxslər Siyahıdan çxarılıb:

- Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi;

- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru;

- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru;

- Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru;

- Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru;

- Heydər Əliyev Sarayının direktoru;

- Bakı Dövlət Sirkinin direktoru;

- Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru;

- Cəfər Cabbarlı adına "Azərbaycanfilm” Kinostudiyasının direktoru;

- Beynəlxalq Muğam Mərkəzinin direktoru;

- Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru;

- Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr”in direktoru;

- Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru.

- Milli Azərbaycan Tarixi Muzeyinin direktoru.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->