Xəbər lenti

Bu xəstəxanaya baş həkim əvəzi təyin edildi - Bir ayda ikinci dəfə
Ölkə15:48 28.01.2026

Bu xəstəxanaya baş həkim əvəzi təyin edildi - Bir ayda ikinci dəfə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim əvəzi təyin edilib.
Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə həkim-psixiatr Sultanə Salmanova sözügedən vəzifəyə gətirilib.
Qeyd edək ki, səhiyyə naziri Teymur Musayev bir ay əvvəl bu vəzifəyə Yaqut İlyasova Hidayət qızını təyin etmişdi. Naməlum səbəblərdən Yaqut İlyasova vəzifəsindən azad edilib.
Sosial şəbəkələrdə Yaqut İlyasovanın qazilərə hörmətsizlik etməsi ilə bağlı iddialar yayılmışdı.
Aydın