Xəbər lenti

Bu xəstəxanaya yeni direktor təyin olundu
Ölkə06:39 14.12.2021

Bu xəstəxanaya yeni direktor təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Masallı Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatı olub.
TƏBİB-dən Qaynarinfo-ya bildirilib ki, sözügedən vəzifəyə Xanbaba Hüseynov təyin olunub. O, ixtisasca nefroloqdur.
Qeyd edək ki, tibb müəssisəinin eks-baş həkimi Rasim Əzizov bir müddət əvvəl vəzifəsindən azad olunmuşdu. 
Xatırladaq ki, bu, son bir ildə Masallı xəstəxanasında 3-cü rəhbər təyinatıdır. Belə ki, yanvarın 22-si Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Masallı rayon xəstəxanasında əməliyyat keçirərək direktor Cəlil Nəzərovu həbs edib.