Xəbər lenti

Bu yol təmirə bağlanır
Ölkə05:52 09.05.2015

Bu yol təmirə bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən anspress-ə verilən məlumata görə, bu gün 11:00-dan saat 17:00-dək Heydər Əliyev prospektinin “Sabunçu” yol qovşağından “Hava limanı” yol qovşağınadək olan yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Qeyd edək ki, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
Qaynar.info