Xəbər lenti

Bu yol yenidən qurulur (FOTOLAR)
Ölkə05:34 24.01.2019

Bu yol yenidən qurulur (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qazax rayonunda uzunluğu 16 km olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Qaynarinfo xəbər verir ki, sözügedən avtomobil yolu iki  hissə üzrə yenidən qurulur. 
Bu, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci km-dən ayrılan və 11.5 km uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 kmdən ayrılan və 4.5 km uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.
Layihəyə uyğun olaraq sözügedən yolun 4.5 km-lik Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb.