Bu yolda yaranan çuxurlar avtomobillərə təhlükə yaradır (VİDEO)
Asfalt örtüyü dağılıb, yolda dərin çalalar yaranıb...
Sürücülər deyirlər ki, Binəqədi rayonu, 8-ci mikrorayon İbrahimpaşa Dadaşov küçəsində yolda yaranmış bu quyulara hər gün onlarla avtomobil düşür.
Ərazidə yaşayanlar bildirirlər ki, yolda tez-tez qəza şəraiti yaranır. Hətta bəzən qəzalar qaçılmaz olur. Sutkanın qaranlıq saatlarında isə təhlükə daha da artır.
Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, sözügedən ünvandakı problem yaxın müddətdə aradan qaldırılacaq. Mərhələli şəkildə təmirə ehtiyacı olan ərazilərdə işlər aparılır. Qısa müddətdə həmin ərazidəki problem də həll ediləcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər