Xəbər lenti

Bu yüksək rütbələr siyahıdan çıxarıldı
Ölkə15:21 05.05.2023

Bu yüksək rütbələr siyahıdan çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı dəyişib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin strukturu dəyişdiyi və ərazi gömrük idarələri yenidən təşkil olunduğu üçün "Sumqayıt Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, "Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru”, "Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” və "Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi – gömrük xidməti general-mayoru” ali xüsusi rütbəli vəzifələri siyahıdan çıxarılıb