Xəbər lenti

Budanov Ukrayna PUA-larının Rusiyaya endirdiyi zərbələrin əsas məqsədini açıqladı
Dünya 13:12 18.09.2023

Budanov Ukrayna PUA-larının Rusiyaya endirdiyi zərbələrin əsas məqsədini açıqladı

Ukrayna Rusiya Federasiyası ərazisində dron kampaniyasını həyata keçirərkən üç əsas məqsədi güdür. Ukrayna ordusu Rusiya hakimiyyətini rahatlığını pozmağa çalışır.

Qaynarinfo-nun xəbərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov qeyd edib ki, kamikadze pilotsuz uçuş aparatlarının yeni kütləvi hücum kampaniyasının üç əsas məqsədi var:

- rus hava hücumundan müdafiə sistemini tükəndirmək;

- hərbi nəqliyyat və bombardmançıları sıradan çıxarmaq;

- hərbi istehsal obyektlərinə ziyan vurmaq, məsələn, Moskvanın şimalındakı Tver vilayətində raket yanacağı zavodunu hədəf alan son əməliyyatda olduğu kimi.
"Biz onların rahatlığını əllərindən almaq istəyirik", - Baş Kəşfiyyat İdarəsinin rəhbəri The Economist-ə müsahibəsində deyib.

Eyni zamanda o, dron hücumlarının ikinci dərəcəli məqsədinin psixoloji olduğunu, əhalinin narahatlığına səbəb olduğunu və Rusiya daxilində normal iqtisadi prosesləri pozduğunu diqqətə çatdırıb. Məsələn, Sankt-Peterburq və Moskvada iri hava limanlarının bağlanması demək olar ki, hər gün baş verən hadisəyə çevrilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->