Xəbər lenti

Büdcədə səhiyyə xərcləri üçün - 775,8 milyon ayrılıb
Ölkə17:44 30.09.2016

Büdcədə səhiyyə xərcləri üçün - 775,8 milyon ayrılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gələn ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 775,8 milyon manat vəsait ayrılıb. Həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,7 faiz təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 0,2 faiz-bənd çoxdur.

Bu barədə Azərtac Maliyyə Nazirliyinin saytında yerləşdirilən Azərbaycan Respublikasının 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən bildirir.

Ayrılan vəsaitin 365,7 milyon manatı və ya 47,1 faizi xəstəxanaların, 116,1 milyon manatı və ya 15,0 faizi poliklinikaların və ambulatoriyaların saxlanılması xərclərinə, 6,0 milyon manatı və ya 0,8 faizi səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 288,0 milyon manatı və ya 37,1 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək.

Qaynarinfo.Az