Xəbər lenti

Büdcənin 0,6 faizi vergi cərimələri hesabına formalaşacaq
Ölkə15:00 29.10.2016

Büdcənin 0,6 faizi vergi cərimələri hesabına formalaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2017-ci ilin dövlət büdcəsində vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə sanksiyalarından daxilolmalar 90 mln. manat həcmində proqnozlaşdırılıb.

"Report" bu barədə 2017-ci ilin dövlət və icmal büdcə layihələrinə istinadən xəbər verir. Beləliklə, bu istiqamətdə daxilolmaların cəmi büdcə gəlirlərində xüsusi çəkisi 0,56% təşkil edib.

Büdcə layihəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri 100 mln. manat nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15,955 mlrd.manat, xərcləri 16,6 mlrd. manat proqnozlaşdırılır. 

Qaynarinfo.Az