Xəbər lenti

Buffon "Parma" ilə yeni müqavilə bağladı
İdman14:03 28.02.2022

Buffon "Parma" ilə yeni müqavilə bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur İtaliyalı qapıçı Canluici Buffon hazırda çıxış etdiyi "Parma" ilə yeni müqavilə bağlayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 44 yaşlı qolkiperlə müqavilənin müddəti 2024-cü ilə qədər olacaq. Bu da o anlama gəlir ki, Buffon 46 yaşına qədər İtaliya klubunda çıxış edəcək.
Təcrübəli qapıçı 2021-ci ilin iyulunda "Yuventus"dan "Parma"ya transfer olunub.
Səbuhi Həsənov