Xəbər lenti

Builki məzunların sayı açıqlandı - Azərbaycanda
Ölkə09:12 30.05.2014

Builki məzunların sayı açıqlandı - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118 206, XI siniflərini 86 797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27 729, XI sinif üzrə isə 20 411 şagird məzun olacaq.

2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138 000 nəfərdir. Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91 484 şagird bitirib.

Qaynar.info