Xəbər lenti

Builki qəbul imtahanları pullu olacaq - Tarif Şurası
Ölkə09:58 16.02.2017

Builki qəbul imtahanları pullu olacaq - Tarif Şurası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləği ilə bağlı müzakirələr gedir”.

Qaynarinfo.Az modern.az-a istinadla xəbər verir ki, Bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib. O bildirib ki, rəsmi qaydada Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq müvafiq sənədlər Tarif Şurasına təqdim olunmalıdır.

“Hazırda işçi qrupu tərəfindən müzakirələr aparılır. Ödənişlərin dəqiqləşdirilməsi müəyyən olunmuş müddətdə başa çatdırılacaq və ən optimal variant seçiləcək”.

Qaynarinfo.Az