Xəbər lenti

Bulvar gəzintisinə çıxmaq istəyənlərə vacib xəbər
Ölkə08:10 02.05.2020

Bulvar gəzintisinə çıxmaq istəyənlərə vacib xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bulvara girişlə bağlı məhdudiyyətin aradan qaldırılması Operativ Qərargahın qərarından asılıdır. Nə vaxt qərar verilsə, bulvara girişə qoyulan məhdudiyyət o zaman aradan qaldırılacaq”.
Bunu yenicag.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib.
Onun sözlərinə görə, qərar paytaxt ərazisində olan parklara şamil olunmur:
"Xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı qərarda bulvara girişə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlı bənd yoxdur. Operativ Qrargahın qərarı Bakıdakı park və bulvara aid deyil”.