Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdən 1 nəfərin meyiti çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, meyitin çıxarılmasına köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şərhlər