Xəbər lenti

Bulvarda iki nəfər özünü dənizə atdı
Ölkə05:21 26.06.2014

Bulvarda iki nəfər özünü dənizə atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda Milli Parkın ərazisində intihara cəhd olunub.

Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin  Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 m sağa nəzarətsiz ərazidə) 2 nəfər intihar etmək məqsədilə özlərini dənizə atıb.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 02:36-də başa çatıb.

Qaynar.info