Xəbər lenti

Bulvarda intihara cəhdin təfərrüatı - VİDEO
Ölkə10:31 09.04.2014

Bulvarda intihara cəhdin təfərrüatı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dənizkənarı Milli Parkda intihara cəhd olub. Hadisə zamanı 20-25 yaşlarında gənc qız özünü dənizə atıb. Bunu görən bulvar ərazisində gəzintidə olan gənc oğlanlardan biri xanımı xilas etmək məqsədi ilə suya baş vurub.

Ansprees-in məlumatına görə, səs küyə yiğişan digər vətəndaşlar isə hər iki gənci xilasetmək məqsədi ilə fövqəladə hallar nazirliyinin 112 qaynar xətt xidmətinə məlumat veriblər. Bundan sonra ərziyə nazirliyin dövlət sularında xilasetmə xidmətinin əməkdaşlari cəlb olunub. Yalniz onlarin səyi nəticəsində hər iki şəxs sudan çıxarılıb. Daha sonra gənc oğlan və qız əraziyə çağrılan təcili tibbi yardım briqadasının ilkin müdaxiləsindən sonra 1 saylı şəhər xəstəxanasına aprılıb.

Xəstəxanadan verilən məlumata görə hər iki gəncin səhhəti normaldır. Lakin gənc xanım hadisənin şokunda olduğundan o, xəstəxananın şok əlehyinə şöbəsinə yerləşdirilib.

Səbail Rayon Polis İdarəsinin əməkdaşları artıq hər iki gəncin şəxsiyyətini müəyyən edib. Məlum olub ki, intihara cəhd edən xanım 21 yaşlı Masallı rayon sakini Niftəliyeva Nilufər Natiq qızı, onun həyatini xilas etməyə çalışan qəhrəman isə 21 yaşlı Salyan rayon sakini Aslanov Xaild Faiq oğludu. Hazirda faktla bağli Səbail Rayon Polis İdarəsində araşdırmalar aparılır. Xanımın ifadəsi alındıqdan sonra hadisənin dəqiq səbəblərinə aydınlıq gətiriləcək.

Qaynar.info