Bu gün səhər saatlarında Dənizkənarı milli parkda kafe yanıb. Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 150 kv.m olan kafenin yanar konstruksiyaları və əşyaları 100 kv.m sahədə yanıb. Kafesin qalan hissəsi və 2 ədəd qaz balonu yanğından mühafizə olunub.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, kafe Gülabi Vaqif oğlu Xəlilova məxsusdur.
Polisdən yanğının qısaqapanma nəticəsində qeydə alındığı bildirilib.
Yanğın nəticəsində xəsarət alan olmayıb. Qaynar.info