Xəbər lenti

Bulvardakı görüntüsü ilə gündəm olan gənclə bağlı qərar verildi (VİDEO)
Ölkə12:42 13.06.2023

Bulvardakı görüntüsü ilə gündəm olan gənclə bağlı qərar verildi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə Dənizkənarı Milli Park ərazisində gənc oğlanın qışqıraraq qeyri-adekvat hərəkətlər etdiyini əks etdirən görüntülər yayılıb.
Həmin şəxs aqressiv şəkildə qışqıraraq kənddən gəldiyini, sevdiyi qızı axtardığını deyib.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev ölkə.az-a bildirib ki, gəncin şəxsiyyəti müəyyən edilib:
"İyunun 4-ü və 5-də Dənizkənarı Milli Park ərazisində uca səslə nalayiq ifadələr işlədən şəxslə bağlı vətəndaş müraciətləri daxil olub. Sağlamlıq vəziyyəti nəzərə alınaraq 1997-ci il təvəllüdlü M.Abbasov 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib, hazırda onun müalicəsi davam etdirilir”.