Xəbər lenti

Bunlar edilsə, təhsil müddəti azalacaq, təhsil haqqı aşağı düşəcək... - Ekspert
Ölkə07:58 30.06.2021

Bunlar edilsə, təhsil müddəti azalacaq, təhsil haqqı aşağı düşəcək... - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mühəndislik, turizm ixtisasları üçün 4 il bakalavr təhsili almağa ehtiyac yoxdur. Bu ixtisaslara iki-üç ilə yiyələnmək olar. Magistratura pilləsinin bir il olması yetərlidir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov "Ali təhsil haqqında” qanuna hansı dəyişikliklərin edilməsi məsələsinə toxunarkən deyib. Onun sözlərinə görə,  ali təhsil müəssisələrinin idarə edilməsi, maliyyə şəffaflığı, mobilliyi kimi məsələlər hələ də həll olunmamış qalır:  
"Ali təhsil haqqında” qanunda bakalavr pilləsinin müddəti, universitetlərə qəbul prosesində hazırlıq qruplarının təşkili, distant təhsilin təşkili qaydaları, qiymətləndirmə kimi məsələləri həll etməliyik. Ehtiyac olmayan ixtisaslar üzrə dərslər aparılmamalıdır. Tədris zəruri ixtisaslar üzrə keçirilərsə, təhsil müddəti azalacaq, təhsil haqqı aşağı düşəcək. Elə bir qanun qəbul edilməlidir ki, onun ali təhsilin keyfiyyətinin artırılmasında ciddi rolu olsun”. 
Həmsöhbətimiz düşünür ki, ali təhsili başa vurmuş şəxslərin keyfiyyət göstəricisi sonradan hər hansı bir qurum tərəfindən yoxlanılıb ölçülməlidir: 
"Yəni məsələ tək diplomun verilməsilə bitməməlidir. Diplom alan şəxslər sonradan mütləq şəkildə yoxlama və ölçülməyə də cəlb edilməlidir. Tək rektorların deyil, təhsil sistemində bütün vəzifəli şəxslərin fəaliyyətinin müddəti də qanunda əks olunmalıdır. Ali təhsil müəssisələrinə muxtariyyət verilməlidir”. 
Rüfət Sultan