"Müasir dövr tələb edir ki, qəbul imtahanına salınan suallar bilavasitə orta məktəbdə keçirilən fənlərin mövzusuna tam uyğun olsun”.
Bu barədə Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Vaqif Abışov danışıb.
Ali və orta ixtisas təhsil müəssisələrində əlavə təhsil zamanı qəbul qaydalarının təkmilləşdirilməsi üçün hansı yeniliklərə ehtiyac olduğu barədə sualı cavablandırarkən ekspert qeyd edib ki, bunun baş verməsi qəbul imtahanlarının təkmilləşdirilməsi yolunda atılan mühüm addım olardı.
"Bildiyiniz kimi, birinci mərhələdən ibarət 300 ballıq buraxılış imtahanlarından sonra bir sıra nazarılıqlar meydana çıxıb. Bu narazılıq da əsasən riyaziyyat və digər fənlərdəki uyğunsuz suallarla bağlı idi. Ona görə də imtahan sualları orta məktəbin tədris prosesinə cavab verməlidir”, - V. Abışov bildirib.
Digər tərəfdən, həmsöhbətimizə görə, qəbul imtahanı prosesinin özünün təkmilləşməsi üçün orta məktəb üzrə təhsil sisteminın təməli daha da möhkəmləndirilməlidir:
"Bunun üçün də şagirdlərin bilikləri repetitor yanında deyil, məhz məktəbdə mənimsəməsi prosesinə diqqət artırılmalıdır. Əvvəl-axır bu məsələyə də aydınlıq gətiriləcək. Bunların baş verməsinin ali məktəblərə qəbul prosesində abituriyentlərə köməyi dəyə bilər”.
Rüfət Sultan