Xəbər lenti

Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək?
Ölkə16:09 11.06.2020

Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Temperaturu yüksək olduğuna görə buraxılış imtahanlarında iştirak etməyən şagirdlər üçün yenidən imtahanların təşkili məsələsi TƏBİB-in səlahiyyətində olan məsələ deyil”. 
Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva məlumat verib. 
O bildirib ki, bu sual daha dolğun şəkildə Təhsil Nazirliyi tərəfindən cavablandırılmalıdır:
"Daha yaxşı olar ki, bu məsələ Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi tərəfindən müzakirə edilsin”. (Oxu.az)