Xəbər lenti

Buraxılış imtahanlarının vaxtı - Açıqlandı
Ölkə09:03 17.05.2016

Buraxılış imtahanlarının vaxtı - Açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bölgələr üzrə buraxılış imtahanlarının keçirilmə vaxtı açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Qaynarinfo.az-a verilən xəbərə görə, Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə buraxılış imtahanı iyunun 16-da, Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Sumqayıt, Abşeron, Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi Liseydə iyunun 21-də, Bakıda iyunun 25-də keçriləcək.

Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Şamaxı, Qobustan da isə iyunun 30-da təşkil olunacaq. 

Əvvəlki illərin məzunları və eksternat buraxılış imtahanı isə iyulun 5-də olacaq.

Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər. 

Qaynarinfo.az