Xəbər lenti

Buraxılış vərəqəsinin verilməsinə başlanıldı
Ölkə15:24 20.05.2015

Buraxılış vərəqəsinin verilməsinə başlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakıda buraxılış imtahanı keçirəcək. 
“Qafqazinfo” TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iyun tarixində keçiriləcək buraxılış imtahanında iştirak edəcək Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri (IX və XI siniflər) “İmtahana buraxılış vərəqəsi” ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvbi/?frm=egov linkindən istifadə etmək lazımdır. 
Bu linkdən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər öz kodlarını bilmirsə, məktəbdən də əldə edə bilərlər.
Qaynar.info