Xəbər lenti

Bursa meri: “Şuşanı görməyi çox istəyirəm” (FOTO)
Ölkə13:40 30.03.2022

Bursa meri: “Şuşanı görməyi çox istəyirəm” (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şuşaya səfər etməyi, bu şəhəri görməyi çox istəyirəm. Ümid edirəm ki, TÜRKSOY çərçivəsində bunu həyata keçirə biləcəyəm”.
Bunu "Report”a Türkiyənin Bursa şəhərinin meri Alinur Aktaş bildirib.
"Azərbaycanın mədəniyyət naziri Anar Kərimov da bu gün bizimlədir. Yürüş zamanı baş tutan söhbətimiz zamanı TÜRKSOY-un iclasının Şuşada keçirilməsi məsələsini də müzakirə etdik. Bursa artıq belə miqyasda bir tədbirin keçirilməsi təcrübəsinə malikdir və bu təcrübəni Azərbaycanla bölüşməyə hazırıq. Təcrübəmizi bölüşmək üçün il ərzində Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırırıq”, - Alinur Aktaş deyib.
Xatırladaq ki, bu gün Bursada 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı Əlaqələndirmə Mərkəzinin açılış mərasimi keçirilib.
Şuşa şəhəri 2023-cü ildə Türk Dünyası Mədəniyyət Paytaxtı elan ediləcək.