Xəbər lenti

“Buta Airways” Sankt-Peterburqa uçuşlara başlayacaq
Ölkə18:33 03.10.2017

“Buta Airways” Sankt-Peterburqa uçuşlara başlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın ilk aşağı büdcəli “Buta Airways” aviaşirkəti oktyabrın sonlarından Rusiyanın Sankt-Peterburq şəhərinə müntəzəm uçuşlara başlayacaq.

Bu barədə Sankt-Peterburqun “Pulkovo” hava limanının mətbuat xidməti məlumat yayıb. Bakı-Sankt-Peterburq-Bakı reysləri həftədə beş dəfə həyata keçiriləcək.

“Pulkovo” hava limanı Rusiyanın 4-cü iri aeroportudur. “Pulkovo-1” terminalında aparılan yenidənqurma işlərindən sonra hava limanı ildə 18 milyon sərnişinə xidmət edir.(virtualaz.org)

Qaynarinfo.Az