Xəbər lenti

Ölkə 14:25 24.06.2022

"Buta"nın təsisçisi: "Klinikamızın fəaliyyəti dayandırılmayıb"

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən "Buta" klinikasının cərrahiyyə, təsərrüfat otaqlarında, habelə yeməkxanada işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Klinikadan Qaynarinfo-ya verilən məlumata görə, yayılan məlumatlar yanlışdır. Özünü klinikanın direktorunun köməkçisi kimi təqdim edən şəxs bildirib ki, bütün növ xidmətlər pasiyentlər üçün açıqdır: "Bu gün televiziyaları da buraya dəvət etmişik. Çəkiliş də ediblər”. 

Qeyd edək ki, "Buta Clinic" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi uroloq Araz Bayramov Eldar oğludur. 

Araz Bayramov Qaynarinfo-ya açıqlamasında bildirib ki, FHN-nin yaydığı məlumat mətbuat tərəfindən düzgün təqdim olunmayıb: "FHN-nin yaydığı məlumatda söhbət klinikanın bəzi xidmətlərinin məhdudlaşdırılmasından gedir. Mətbuat isə yazıb ki, klinika bağlanıb. FHN bu cür yoxlamaları bütün klinikalarda həyata keçirir. Hamısında da o məhdudiyyətləri qoyublar. İnanın ki, yayılan məlumatların bizə heç bir mənfi təsiri yoxdur. Əksinə, güclü, qürurlu insanlar qoyulan məhdudiyyətlərlə daha da güclü olurlar".

"Buta” klinikası baş verənlələ bağlı bəyanat yayıb. Klinikanın İctimaiyyətlə Əlaqələr departamentindən Qaynarinfo-ya verilən məlumatda deyilir ki, klinika hazırda öz fəaliyyətini davam etdirir və bütün personalı ilə iş başındadır:

"24.06.2022-ci il tarixdə bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) və sosial media hesablarında klinikamızda Fövqəladə Hallar Nazirliyinin (FHN) yoxlamalar keçirməsi və fəaliyyətini dayandırması barədə əsassız informasiyalar yayılıb. Tərəfimizdən bildiririk ki, nazirlik əməkdaşları klinikaya baxış zamanı bəzi məhdudiyyətlər tətbiq etsələr də, bunun aradan qaldırılması üçün vaxt təyin ediblər. Biz də öz növbəmizdə mütəxəssislərin iştirakı ilə qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyətə başlamışıq. Qeyd edirik ki, aşkar olunan nöqsanlar aradan qaldırıla biləndir və tərəfimizdən bütün tədbirlər görüləcək".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->