Xəbər lenti

Bütün Təhsil şöbələri 15 dekabrdan bağlanacaq
Ölkə13:00 01.10.2014

Bütün Təhsil şöbələri 15 dekabrdan bağlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda rayon və şəhər təhsil şöbələrinin fəaliyyəti dekabrın 15-dən dayandırılacaq.

Hökumətdəki mənbədən Trend-ə verilən məlumata görə, dekabrın 15-dən təhsil şöbələrinin bütün işçiləri vəzifələrindən azad ediləcəklər.

Yanvarın 1-dən isə artıq Təhsil Nazirliyinin yerlərdəki 15 Regional İdarəsi fəaliyyətə başlayacaq. Hazırda həmin idarələrin strukturunun formalaşdırılması üzrə yerlərdə işlər aparılır.

Təhsil Nazirliyinin strukturuna daxil olan həmin idarələr işə başladıqdan sonra yerlərdə təhsilin idarəolunması işi ilə məşğul olacaqlar. Yerlərdə təhsil müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi də artıq bu qurumların vasitəsi ilə həyata keçiriləcək.

Hazırda isə təhsil sisteminin maliyyələşdirilməsi Təhsil Nazirliyinin və yerli təhsil şöbələrinin xətti ilə həyata keçirilir.

Qaynar.info