
İndoneziyanın Sumatra adasında baş verən meşə yanğınlarına görə Sinqapur tüstü ilə əhatələnib.
Çərşənbə günü havanın çirklənməsi indeksi 320 dərəcə artıb. ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu, ada dövlətdə müşahidə edilən maksimal həddir. Havanın çirklənməsinin 100 dərəcə artması insan sağlamlığına ciddi ziyan kimi qiymətləndirilir.
Xoşagəlməz hala görə, Sinqapurda bir çox idman yarışları, o cümlədən dənizdəki qayıq yarışları təxirə salınıb. Göz gözü görmədiyindən şəhərdə nəqliyyatın hərəkəti məhdudlaşıb, yolla bağlı bir çox işlər dayandırılıb.
Ölkənin baş naziri Li Syan Lun ölkə əhalisini evlərini tərk etməməyə çağırıb.
Qaynar.info