Kamil Zeynalov: "Axı həmişə abadlıq yaradır, indi də özü bu kampaniyaya qoşulsun"Amerikada 27 yaşlı gənc Korey Griffin tərəfindən ALS xəstəliyindən əziyyət çəkən insanlar üçün xeyriyyə məqsədi ilə yaradılmış "Bir vedrə buz" aksiyasına daha bir azərbaycanlı qatılıb.
ANS PRESS-in məlumatına görə, bir neçə müğənnidən sonra idmançı Kamil Zeynalov da irəli addım atıb. İdmançı başına buzlu su tökərək estafeti gözlənilməz insana ötürüb. Kamilin İnstagram səhifəsində paylaşdığı və bildirdiyi şərhi olduğu kimi sizə çatdırırıq:
“Qoşulaq və dəstək olaq. Corc Buş və digər siyasətçilər bu aksiyaya qoşula bilirlərsə, niyə Hacıbala Abutalıbov da iştirak etməsin? Axı həmişə abadlıq yaradır, indi də özü bu kampaniyaya qoşulsun, bir az suda, buzda islansın. Estafet sizindir, Hacıbala müəllim, buyurun”.
Müğənni Zamiq Hüseynov da aksiyaya qoşularaq sənət yoldaşlarının adını çəkib: "Murad Dadaşov, Könül Nağıyeva, Röya, Tünzalə Ağayeva, Murad Arif, Rüfət Ağayev və Nurlana - estafet sizdədir”.
Başına buzlu su tökən digər məşhur isə Rəqsanə İsmayılova olub. O, "ASL xəstəliyi üçün mən də bunu seçdim” deyərək heç kimin adını çəkməyib.
Müğənni Sevda Yəhyayeva isə "Estafeti Abbas Bağırova və Zamiqə ötürürəm" deyib.
Qaynar.info