Xəbər lenti

Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? (VİDEO)
Video 09:14 28.07.2026

Buzovnanın kanalizasiyası Xəzər dənizinə axıdılır? (VİDEO)

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində çimərlik ərazisinə çirkab suların axıdıldığı iddiası ilə bağlı görüntülər yayılıb.

Qaynarinfo Xəzərxəbər-ə istinadən xəbər verir ki, sakinlərin bir qismi borudan kanalizasiya sularının dənizə axıdıldığını iddia etsə də, digərləri bunun qrunt suları olduğunu bildiriblər.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti isə açıqlamasında axıdılan suyun kanalizasiya və ya tullantı suyu deyil, qrunt suları olduğunu bəyan edib. Qurumun məlumatına görə, laborator analizlər zamanı məişət və ya fekal çirklənmə aşkarlanmayıb və suyun dənizə axıdılması ətraf mühitə mənfi təsir göstərmir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->