Xəbər lenti

Böyük Britaniyanın nəqliyyat naziri "Brexit"ə görə istefa verdi
Ölkə17:40 09.11.2018

Böyük Britaniyanın nəqliyyat naziri "Brexit"ə görə istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Consonun qardaşı Co Conson Krallığın nəqliyyat naziri vəzifəsindən istefa verib.
"Report” xəbər verir ki, o, Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair sövdələşməni ("Brexit") "dəhşətli səhv" adlandırıb və məhz bu səbəbdən müvafiq addımı atdığını bildirib.
Co Conson həmçinin "Brexit"lə bağlı ikinci referendumun keçirilməsini təklif edib.
Bundan əvvəl Tereza Meyin Aİ-nin "Brexit"lə bağlı güzəşt etməsinə nail olduğu xəbər verilib.