Bakı üçün kritik seçim zamanısürətlə daralır; Ukrayna prezidenti qorxunc savaş anonsu verdi;Azərbaycanın da yerləşdiyi region fəlakətə sürüklənir; Qərb Rusiyaya birhəftə vaxt ayırıb; Poroşenko təcili Ağ Evə çağırılıb; NATO da hərəkətəkeçib; Donbasdakı dağıdıcı separatçılıq ən əvvəl Qarabağda əks-səda verəbilər, çünki...
Ötənhəftəsonu Şərqi Ukraynada vəziyyətin qəfildən kəskinləşməsi dərhaldünyanın diqqətinə gəldi. Rəsmi Moskva etiraf eləməsə də, Rusiyaordusunun qonşu və suveren Ukraynanın ərazisinə girməsi faktı ləngimədənBMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıldı. Kremlə bu dəfə ənsərt formada xəbərdarlıqlar edildi.
Lakin bu çağırışlar da Minskdəki "üçlü sammit” kimi ciddi nəticəvermədi. Odur ki, bir gün sonra Avropa Birliyi (AB) ölkələri Brüsseldəən yüksək səviyyədə və şəxsən Ukrayna prezidentinin iştirakı iləməsələyə dair təcili toplantı keçirməli oldu.
Artıq bəllidir ki, Poroşenkonu dinləyən qurum liderləri Rusiyayacəmi bir həftə vaxt veriblər. Bu müddətdə Moskva Ukraynaya müdaxiləsinidavam etdirərsə, ona qarşı qat-qat ciddi sanksiyalar tətbiq olunacağıanons edilib. Avropa Komissiyası bununla əlaqədar bir həftə ərzindətəcili hazırlıq işləri görmək və bu addımların atılması yönündətəkliflər irəli sürmək tapşırığı alıb. Hətta Rusiyanın maliyyəsisteminin çökdürülməsi təklifləri səslənib.
Öz növbəsində Almaniya kansleri Angela Merkel bəyan edib ki, Moskvabir həftə ərzində Ukraynaya müdaxiləni dayandırmasa və vəziyyətyaxşılığa dəyişməsə, əksinə, pisləşsə, Rusiyanı yeni sanksiyalar təhdidedəcək. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu isə Ukraynaprezidenti Petro Poroşenko ilə görüşdən sonra Brüssel brifinqindəbildirib ki, Avropa Birliyi Ukraynaya həm danışıqlar zamanı siyasi,eləcə də iqtisadi addımlarla dəstək olmağa hazırdır.

"Avropa Birliyinə üzv ölkələrin böyük əksəriyyəti Rusiyaya qarşıyeni sektoral sanksiyaların tətbiq olunmasını dəstəkləyib”. Ukraynamətbuatının xəbərinə görə, bu barədə Brüsseldə keçirdiyi brifinqdəUkrayna prezidenti Pyotr Poroşenko deyib (axar.az). Dövlət başçısıbildirib ki, Avropa Birliyi həmçinin ölkəsinə maliyyə dəstəyigöstərəcək: "Qurum yaxın günlərdə 1 milyard avro kredit verilməsiniməqbul saydı. Bundan başqa, cari ilin sonlarında Ukraynaya 250 milyonavronun hədiyyə edilməsi nəzərdə tutulur. Təşkilat həmçinin, ölkəmizəhərbi-texniki yardım, müasir silahlar da verəcək”. Prezident onu dadiqqətə çatdırıb ki, bütün bunların nəticəsində Ukrayna ordusunun döyüşqabiliyyəti yüksək səviyyəyə gələcək.
Lakin Ukrayna prezidenti bədbin proqnoz da verib. AB liderləri iləbundan sonra atılacaq addımları müzakirə edən Poroşenko dünyamüharibəsinin yaxınlaşdığı xəbərdarlığını edib. AB-yə üzv olan ölkələrindövlət və hökumət başçılarının qatıldığı sammitin Ukrayna ilə bağlıiclasından sonra təşkil olunan mətbuat konfransında o, hadisələrinmüsbət sonluqla bitməyəcəyini deyib. Onun sözlərinə görə, döyüşlərindayandırılması üçün böyük səy göstərilməlidir: "Böyük müharibəninastanasındayıq. Hazırda baş verən hadisələr regional müharibəyə çevriləbilər”.
Öz növbəsində Litva prezidenti Dalya Qribauskayte "RusiyaUkrayna ilə müharibə aparmaqla Avropaya savaş elan elədiyini” söyləyib.O, AB-dən Kiyevdə ordu təchiz edilməsini istəyib. Zirvə görüşündədanışan prezident Rusiyanın Avropaya inteqrasiya dönəmində olanUkraynaya qarşı savaş başlatdığının bir gerçək olduğunu və Ukraynaya hərcür dəstəyin gərəkliliyini xüsusi vurğulayıb.
Vəziyyətin ən kritik həddə olmasının başqa bir göstəricisi də ABŞprezidenti Barak Obamanın Poroşenkonu təcili Ağ Evə çağırmasıdır.Ukrayna prezidentinin Amerikaya bu ilk səfəri daxil olduğumuz həftəərzində reallaşmalıdır.
NATO isə mümkün müharibə perspektivini nəzərə alaraq ŞərqiAvropanın ölkələrinin Rusiya ilə həmsərhəd zonasında ilk dəfə olaraq 5hərbi baza yerləşdirmək niyyətindədir. Bazalar Polşa, Rumıniya,Estoniya, Latviya və Litvada yaradılacaq. Ümumilikdə, bazalarda 4 minhərbçi yerləşdiriləcək. Alyansın baş katibi Anders Foq Rasmussen "TheGuardian” qəzetinə müsahibəsində Rusiya təhlükəsi ilə bağlı NATO-nun daartıq hərəkətə keçdiyini, yeni situasiya üçün çevik reaksiya planınamalik olduğunu qeyd edib. Bu plan cəmi bir neçə saat ərzində qüvvələrinyerdəyişməsini nəzərdə tutur. Alyans rəhbəri Ukraynanın təcavüzə qarşıdaha effektli dirənişi üçün ona kömək göstəriləcəyini, bütün buməsələlərin isə NATO-nun Uels sammitində detallı müzakirə ediləcəyini dəbildirib.
Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin də ŞərqiUkraynadakı dramatik situasiyanın böyük müharibəyə çevrilə biləcəyiniistisna eləməyib. Təbii ki, bununla o, Kiyevi, Avropa paytaxtları vəABŞ-ı təhdid eləmək niyyətindədir. Habelə, SSRİ-nin birinci və sonuncuprezidenti Mixail Qorbaçov yeni böyük savaş təhlükəsindən danışaraq,Kremlin Ukraynaya hərbi müdaxiləsinin əleyhinə olduğunu dilə gətirib,"bu, bir xalqın müharibəsidir” deyib, qəti şəkildə müharibəyə qarşıçıxıb...
* * *
Bir çox təhlilçilərə görə isə Donbasdakı dağıdıcı separatçılığın böyük müharibəyə çevrilməsi ilk öncə Dağlıq Qarabağ münaqişəsizonasında əks-səda verə bilər. Ən azı ona görə ki, iki qlobal gücmərkəzinin (Qərb və Rusiya) maraqları Ukraynadan sonra ən çox ÇüneyQafqazda, Qarabağ məsələsində kəsişir.
Digər yandan, analitiklər dəfələrlə bildiriblər ki, Ukraynadansonra Azərbaycan Kreml üçün, Putinin Avrasiya layihələrindən ötrüpostsovet məkanının ən strateji ölkəsidir. Odur ki, Rusiya Ukrayna iləbirgə "Azərbaycan düyünü”nü də bir dəfəyə kəsmək fikrinə düşə bilər.