Xəbər lenti

Böyük Şorda əhali üsyana qalxdı
Ölkə11:11 04.07.2013

Böyük Şorda əhali üsyana qalxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Nərimanov rayonu Böyük Şor qəsəbəsində əhali ayağa qalxıb. 

Buna səbəb kimi vətəndaşların yaşadıqları mənzillərin ucuz qiymətə, yəni hazırda əmlak bazarında nəzərdə tutulan qiymətlərdən aşağı alınması ilə bağlı onlara edilən təklif göstərilir.

Məlumata görə, ərazidə hündürmərtəbəli binaların və ticarət sahələrinin tikintisi üçün müəyyən olunan şirkət vətəndaşlara əmlak bazarında nəzərdə tutulan qiymətdən aşağı, yəni hər kvadrat metrə görə 800 manat ödəyərək, sakinlərin evlərini almaq istəyir.

Hazırda vətəndaşlar haqlarının müdafiə olunması üçün Prezident Administrasiyasının qarşısına getməyə hazırlaşırlar.

Sakinlər Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məsələ ilə bağlı dəfələrlə etiraz fikirlərini çatdırmaq istəsələr də, icra başçısı onların bu çağırışına məhəl qoymayıb.(veteninfo.az)