Xəbər lenti

Böyükağa Hacıyev infarkt keçirdi
Ölkə18:38 07.02.2018

Böyükağa Hacıyev infarkt keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış məşqçi Böyükağa Hacıyev xəstəxanaya yerləşdirilib.
Qaynarinfo Futbol11.az-a istinadən xəbər verir ki, təcrübəli məşqçi infarkt keçirib və əməliyyat masasına uzanıb.
Onun vəziyyətinin yaxşı olmadığı gələn xəbərlər arasındadır.
Qeyd edək ki, 59 yaşlı Hacıyev məşqçilik karyerası ərzində "Qarabağ”, "Araz Naxçıvan”, "Maşınsazi”, "Traktor Sazi”, "Bakı”, "Standart” və "Neftçi” kimi komandaları çalışdırıb.
O, "Bakı” və "Neftçi” ilə Azərbaycan çempionluğunu, eyni zamanda ölkə kubokunu qazanıb. Avropa Liqasının qrup mərhələsinə komanda çıxaran ilk azərbaycanlı məşqçi kimi də tarixə düşüb.