
Əziz dostlar, hörmətli mətbuat nümayəndələri!
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bütün mətbuat aləmini, gözəl qələm sahiblərini Bakının mərkəzi, Nizami küçəsində keçirilən böyük kitab bayramına - III Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkasında fəal iştirakına dəvət edir.
23-25 sentyabr 2013-cü il...
Dünyanın və Azərbaycanın kitab sərvəti vahid zamanda və vahid məkanda!
İqtisadiyyatdan, siyasətdən, məişətdən, istirahətdən... yazmaqdan yorulmadınızmı?
Üç gün də kitabla baş-başa qalın!
Kitab çap maşının ilk övladı, bütün nəşrlərin ulu babasıdır.
Kitab zəka mənbəyidir!
Kitab ağıl çırağıdır!
Kitab ən etibarlı yaddaşdır!
Kitabın ucalığından yazın!
Kitabı millətimizə sevdirin!
23 sentyabr 2013-cü il, səhər saat 10 tamam.... Nizami küçəsində böyük kitab sərgisinə gəlin!
Sabahınız kitabla açılsın!
III Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkasının Təşkilat Komitəsi
Qaynar.info