Xəbər lenti

Üç rayonun əhalisi 2 gün təbii qazsız qalacaq
Ölkə08:28 27.04.2017

Üç rayonun əhalisi 2 gün təbii qazsız qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın üç rayonunun əhalisi iki gün mavi yanacaqsız qalacaq.

"Qaynar"ın İstiPress-ə istinadən verdiyi məlumata görə, Bakı-Quba-Rusiya sərhədi yolunun 132-192-ci km-də tikinti işləri ilə əlaqədar aprelin 27-si səhər saat 8-dən aprelin 29-u səhər saat 8-dək Qusar, Quba, Xaçmaz rayonlarına təbii qazın verilişi dayandırılacaq.

İki gün müddətinə təbii qazın olmayacağı barədə “Azəravtoyol”un müraciəti əsasında “Azəriqaz” rayon icra hakimiyyətlərini məlumatlandırıb.

Qaynar.Az