Xəbər lenti

Üç övladına baxa bilməyən gənc ana özünü maşın altına atdı - VİDEO
Ölkə10:23 04.11.2013

Üç övladına baxa bilməyən gənc ana özünü maşın altına atdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.


APA TV-nin xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 240-cı kilometrliyində, Ağdaş şəhəri ərazisində qeydə alınıb. Mingəçevir sakini, 1942-ci il təvəllüdlü Cəfərov Vəzir Aslan oğlu idarə etdiyi 45-BG-691 dövlət nömrə nişanlı “Opel Vectra” markalı minik maşını ilə hərəkətdə olarkən qəflətən avtomobilin qarşısına çıxan piyadanı-Ağdaşın Gürcuva kənd sakini, 1978-ci il təvəllüdlü Tağıyeva Sevinc Qarakişi qızını vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Sevinc Tağıyeva Ağdaş rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Hadisə yerində olan Gürcuva kəndinin sakinlərinin sözlərinə görə, üç uşaq anası olan Sevinc Tağıyeva həyat yoldaşından boşanıb. Kimsəsiz olan və ailəsini dolandıra bilməyən qadının intihar etmək məqsədilə özünü magistral yoldan keçən avtomobillərin qarşısına atdığı və hadisənin də bu səbəbdən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
 

Qaynar.info