3 yaşlı Zəhra Bağırzadəni qaçıran qadının kimliyi məlum olub.
Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, uşağın yanında olan şəxs Masallı rayon sakini Nəzərova Təzəgül Şükür qızıdır.
Sabunçu rayon Polis İdarəsinin əməkdaşları 3 yaşlı uşağı və qadını Nizami rayonu ərazisi yaxınlığında taparaq aidiyyəti üzrə polis bölməsinə gətiriblər. 3 yaşlı Zəhra qadından alınaraq, ailəsinə təhvil verilib.
İlkin ehtimala görə, uşağın həmin qadın tərəfindən qaçırıldığı təsdiqlənib. Qadının qaraçı olduğu və uşağı diləndirmək məqsədilə qaçırdığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.