
Səhiyyə Nazirliyi respublikanın baş mama-ginekoloqu Faizə Əliyevanın işdən azad edilməsinə münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, nazirlə Faizə Əliyeva arasında heç bir konflikt olmayıb:
“Bu barədə yazılanlar doğru deyil. Faizə xanım 65 yaşının tamam olması ilə bağlı işdən azad edilib. Nazirlikdə kollegiya iclası keçirilib, hörmətlə yola salınıb.
Səhiyyə naziri iclasda qeyd edib ki, Faizə Əliyevanın çox böyük təcrübəsi var. Onun təcrübəsindən gələcəkdə müşavir ya da məsləhətçi kimi istifadə olunacaq”.
Qaynar.info