Xəbər lenti

Cahangir Əsgərovun ingilislə evlənən qızının toyundan yeni görüntülər - FOTOLAR
Ölkə 17:26 01.05.2017

Cahangir Əsgərovun ingilislə evlənən qızının toyundan yeni görüntülər - FOTOLAR

Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov qızını ərə verib. AZAL prezidentinin bu qızı əcnəbi ilə ailə qurub. Mila Əsgərovanın həyat yoldaşı Robert Nortondur.

İstipress-in əldə etdiyi məlumata görə, toy mərasimi Bakıda, Əsgərovların öz evində baş tutub. Ev xaricdən xüsusi olaraq toy üçün gətirilən güllərlə bəzədilib. 

Toydan olan fotolar isə sosial şəbəkələrdə yayılıb. Bəy özü də bir neçə saat öncə bir foto paylaşımı edib. 


Mila Əsgərova və Robert Norton (mərkəzdə)




London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Beynəlxalq Əlaqələr ixtisası üzrə bakalavr dərəcəsini aldıqdan sonra Mila Əsgərova "Sotheby" şirkətində Müştərilərlə İş Şöbəsində çalışıb. Eyni zamanda Bakıda və İstanbulda çoxsaylı sərgilər təşkil etmişdir. Daha sonra o, Londonda kommersiya xarakterli bir incəsənət qalereyasının İctimaiyyətlə Əlaqələr və Kommunikasiya işlərini aparmışdır. Daha sonralar isə Mila Əsgərova diqqətini sərgilərin təşkilinə və şəxsi incəsənət nümunələrinin satışına yönəltmişdir. İncəsənət bazarındakı fəal iştirakı dövründə Mila Əsgərova Mərkəzi Sent Martins və Christie’s Education (Kristis Edyukeyşn) incəsənət kolleclərində təhsil almaqla Müasir İncəsənətin Toplanması, Müstəqil Sərgi Təşkili və İncəsənət Biznesi kimi sahələrdə nəzəri biliklərə yiyələnib.

Mila Əsgərova "Gazelli Art House"un təsisçisi və direktorudur. O,  Azərbaycanda doğulub, İstanbula köçüb, daha sonra isə Londonda məskunlaşıb.

Həyat yoldaşı Robert Norton isə Sedition art və Saatchi Online şirkətlərinin keçmiş həmtəsisçisi və icraçı direktoru olub. O, həmçinin bir vaxtlar Reuters agentliyində müxbir olaraq da çalışıb.

Əsgərovun digər qızı Cəmilə Əsgərova da əcnəbi ilə ailə qurub. İgnazio Coraci  Azərbaycan Hava Yolları UK Limited şirkətinin katibidir. Cütlüyün Amadeo adında bir oğlu da var. 


İgnazio Coraci və Cəmilə Əsgərova

Qaynar.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->