Xəbər lenti

Cahangir Hacıyev Ali Məhkəməyə müraciət edib
Ölkə13:52 20.12.2016

Cahangir Hacıyev Ali Məhkəməyə müraciət edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Beynəlxalq Bankı ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev Apellyasiya Məhkəməsinin ilkin hazırlıq iclasındakı qərarından kassasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində dekabrın 9-da hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkillərinin cinayət işinə xitam verilməsi, onun ev dustaqlığına buraxılması və məhkəmənin tam istintaqla aparılması barədə vəsatətləri təmin edilməyib.

Onlar bu qərardan Ali Məhkəməyə şikayət ediblər.

Qeyd edək ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.(Qafqazinfo)

Qaynarinfo.Az